AZ

Parisin mərkəzində məhdud trafik zonası yaradılıb

Fransanın paytaxtı Parisin bəzi nəqliyyat vasitələrinin keçməsinin qadağan olduğu mərkəzi bölgələrində "Məhdud Trafik Zonası" tətbiqi istifadəyə verilib.

Bakıvaxtı.az "France 1"-ə istinadla xəbər verir ki, Paris Bələdiyyəsinin ötən ayın sonunda açıqladığı tənzimləmə bu gündən etibarən ölkənin paytaxtında qüvvəyə minib.

Parisin 1-ci, 2-ci, 3-cü və 4-cü rayonlarını əhatə edən tənzimləmə ilə zərurət halları istisna olmaqla avtomobillərin bəzi bölgələrdən tranzit keçməsi qadağan edilib.

Təxminən 6 aylıq sınaq müddətindən sonra sistem üçün cəza sistemi qüvvəyə minəcək.

Əli Hüseynov

Seçilən
36
bakivaxti.az

1Mənbələr