AZ

SEPAH-ın generalları aviaqəzada öldülər

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qüvvələrinə məxsus ultra yüngül təyyarə ölkənin cənub-şərqində keçirilən hərbi təlimlər zamanı qəzaya uğrayıb.

Editor.az “Tasnim” istinadən xəbər verir ki, təyyarə qəzası nəticəsində general Həmid Mazandarani və təyyarənin pilotu Həmed Candaki həlak olublar. Hadisənin təfərrüatları açıqlanmayıb.

“Tasnim”un hesabatında iddia edilir ki, təyyarə qəzası SEPAH-ın Sistan və Bəlucistanda keçirdiyi Təhlükəsizlik Şəhidləri təlimi zamanı baş verib.
Təlimlərin keçirildiyi ərazi Əfqanıstan və Pakistanla həmsərhəddir. Burada İslamın sünni təriqətinə etiqad edən böyük bir bəluc azlığı yaşayır (İran əhalisinin əksəriyyətinin şiə İslamına etiqad etdiyindən fərqli olaraq). Ərazidə tez-tez SEPAH hərbçiləri ilə etnik azlıq üsyançıları, radikal sünni hərəkatları və narkotik tacirləri arasında toqquşmalar baş verir.

//Samir Qurbanov, Editor.az

Seçilən
51
editor.az

1Mənbələr