AZ

Almaniya prokurorluğu Usmanovdan “əl çəkib” - Cinayətini sübuta yetirə bilməyiblər

Almaniya prokurorluğu rusiyalı oliqarx və Putinin dostu Əlişir Usmanova qarşı çirkli pulların yuyulması ilə bağlı istintaqı dayandırıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, iki il yarımdan çox davam edən istintaq özbək əsilli milyarderə qarşı əsas ittihamları, o cümlədən çirkli pulların yuyulması ittihamını sübuta yetirə bilməyib.

Vəkilləri prokurorluğun qərarını Usmanovun “reputasiyasının qorunması” istiqamətində mühüm addım adlandırıblar.

“Bloomberg Billionaires Index”-ə görə 14,4 milyard dollar sərvəti olan Usmanov bu pulları mədənçilik, istehsalat, telekommunikasiya və media sahələrində qazanıb.

“AzPolitika.info”

Seçilən
56
azpolitika.info

1Mənbələr