AZ

Yaponiya orbitə hərbi raketini buraxıb

Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi (JAXA) ölkənin cənub-qərbindəki Taneqaşima Peyk Buraxma Mərkəzindən H3 faydalı yük daşıyan raketi uğurla orbitə buraxıb. Bu barədə JAXA-nın saytı məlumat yayıb. 

H3, uzunluğu 63 metr, diametri 5,2 metr və faydalı yükü 4-6,5 ton olan Yaponiyanın ən böyük maye yanacaq daşıyıcısıdır.
 
Lakin birinci mərhələnin uzunluğu və çəkisi müxtəlif növ mühərriklərin və gücləndiricilərin mövcudluğuna görə dəyişə bilər.
 
Raketin hazırlanmasına 2013-cü ildə başlanılıb. Mitsubishi Heavy Industries bu məqsədlər üçün təxminən 200 milyard yen (1,32 milyard dollar) xərcləyib, yeni raketin bəzi hissələrini yaratmaq üçün 3D printerlərdən istifadə edilib ki, bu da onun istehsal dəyərini aşağı salıb.
 
Aytac 

www.anews.az
Seçilən
39
3
anews.az

4Mənbələr