AZ

Ermənistan bundan imtina etdi: Razılaşmanın imzalanacağı tarix...

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
 
Moderator.az onunla müsahibəni təqdim edir:
 
- Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarından rəsmi şəkildə imtina edilməyəci halda, sülh müqaviləsinin imzalanacağı ehtimalı varmı?
 
- Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların Ermənistan Konstitusiyasından çıxarılması ilə bağlı Bakının tələbləri var. Erməni tərəfi bu dəyişikliyin 2027-ci ildə olacağını açıqlayıb. Amma bu vaxta qədər sülh sazişinin imzalanması sual altındadır. Sadəcə olaraq erməni tərəfi konstitusiya dəyişikliyinə vaxt lazım olduğunu bəyan edərək prosesi uzadır.
 
- Yekun razılaşma əldə edilənə qədər tərəflər arasında çərçivə sülh müqaviləsinin imzalanması nə dərəcədə realdır?
 
 
- Bu, daha çox tərəflərin iradəsindən asılıdır. Bu vaxta müddətində tərəflər aralıq bir sazişi imzalaya bilər.
 
- Aralıq sazişi Ermənistan üçün nə vəd edir?
 
- İrəvan Ankara ilə münasibətləri nizama salmaq üçün bundan yararlana bilər.
 
- Bakının konstitusiya tələbi qüvvədə olsa, nə baş verəcək?
 
- Bu olmasa, sülh sazişinin imzalanması 2027-ci ilə qədər uzana bilər. Sözsüz ki, burada kənar qüvvələrin təsirinin olması amili də var.
 
- Bu nədən ibarətdir?
 
- Ermənistan Konstitusiyasında açıq şəkildə qeyd edilib ki, Ermənistan Qarabağı özünə biləşdirib və bunlar vahid dövlətdir. Bu, açıq-aşkar Azərbaycana qarşı ərazi iddiasıdır. Bu o zaman baş verib ki, Azərbaycan zəif idi, daxildəki qüvvələr bu kimi proseslərin qarşısını almaq iqtidarında deyildi. İndi isə vəziyyət fərqlidir. Azərbaycan müharibədə qalib gəlib. Hazırda prosesləri rəsmi Bakı diktə edir.
 
- Ermənistan Konstitusiyasında olan iddialar Azərbaycan üçün nə kimi təhlükələr yarada bilər?
 
- Əslində indi Ermənistan Konstitusiyasında nəyin yazılıb-yazılmamasının heç bir mənası yoxdur. Qarabağ indi azaddır. Azərbaycan isə bütün istiqamətlərdə güclüdür. Ona görə də, ermənilərin iddiaları Azərbaycan üçün heç bir təhlükə yaratmır. Ermənistanda hakimiyyəti dəyişikliyi fonunda onun heç bir gücü və imkanı yoxdur ki, Azərbaycana hansısa təzyiq etsin.
 
- Fakt bu gün Qarabağ erməniləri və digər mövzularda erməni tərəfi şantaj ritorikasından əl çəkmir…
 
- Azərbaycan dövlətinin bununla bağlı mövqeyi var. Qarabağda qayıtmaq istəyən ermənilər Azərbaycan qanunlarını qəbul edib, vətəndaşlıq almaqla ölkə ərazisinə daxil ola bilər. Ermənilərin Qarabağa qayıtmaları müqabilində də Qərbi Azərbaycandan olan soydaşlarımız öz tarixi ata-baba ocaqlarına qayıtmalıdır. Bu da beynəlxalq hüquqa tam uyğundur.
 
- Amma qardaş Türkiyəyə qarşı ermənilərin əsassız soyqırımı iddiaları üzərində uzun on illiklər keçməsinə baxmayaraq gündəmdən çıxarılmayıb. Bu halda Azərbaycan özünə qarşı ərazi iddialarına necə göz yuma bilər?
 
- İndi qondarma soyqırımı məsələsi Ermənistanın rəsmi gündəmindən çıxarılıb. Hətta Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da açıqlayıb ki, qondarma soyqırımı məsələsi onların prioritetində deyil. Xaricdəki diaspor erməniləri bu barədə nə qədər istəsə, danışsa da, Ermənistan Respublikası bu məsələni qaldırmayacaq.
Seçilən
62
50
moderator.az

10Mənbələr