AZ

Türk Mədəniyyəti və İrsi Fondu "Səninləyik, Türkiyə" kitabının təqdimatını keçirib (FOTO)

Bakı. Trend:

41-ci İstanbul Beynəlxalq kitab sərgisi çərçivəsində TürkMədəniyyəti və İrsi Fondunun nəşr etdiyi "Səninləyik, Türkiyə"kitabının təqdimatı keçirilib.

TrendTurkicWorld-ə istinadən məlumat verir ki, 41-ciİstanbul Beynəlxalq Kitab Sərgisində Türk Mədəniyyəti və İrsiFondunun nəşr etdiyi 2023-ci ilin 6 fevralında Türkiyədə baş verənzəlzələ qurbanlarına həsr olunan şeirlərdən və fotolardan ibarət“Səninləyik Türkiyə” adlı kitabın təqdimat mərasimi keçirilib.

Tədbir Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti AktotıRaimkulovanın sərgi iştirakçılarına, o cümlədən tədbirə qatılanlaraünvandadığı məktubun oxunması ilə açılıb. Məktubda Fondunfəaliyyətindən, təsis etdiyi yeni kitab seriyalarından bəhs edənprofessor Aktotı Raimkulova təqdimatı keçirilən "Səninləyik,Türkiyə" adlı kitab haqqında ətraflı məlumat verib:"Kitabda Türkdünyasının görkəmli şairlərinin 6 fevral 2023-cü ildə Türkiyədə başvermiş zəlzələ ilə bağlı şeirləri toplanıb.

Şeirləri bu kitaba daxil olan şairlərə təşəkkür etmək və UcaYaradanın bir daha Türk dünyasına bu cür faciələrə səbəb olmamasınıarzulayıram. Biz də öz növbəmizdə Türk Mədəniyyəti və İrsi Fonduolaraq bir daha həmin sloqana uyğun olaraq bəyan edirik:“Səniləyik, Türk dünyası”.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin BeynəlxalqƏlaqələr üzrə katibi, təqdim olunan kitabın tərtibçi vətərcüməçisiSəlim Babulloğlu çıxış edərək bildirib ki: “Biz bu nəşrlayihəsini bir neçə ay ərzində icra etdik və zəlzələ qurbanlarınaaid şeirləri və fotoları topladıq. Bu antologiyada Azərbaycan,Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali KiprCümhuriyyətindən olan şairlər, o cümlədən başqırd, çuvaş, uyğur,tatar, qaqauz şairlərin, bir sözlə böyük türk dünyasını əhatə vətəmsil edən söz sənətkarlarının zəlzələ qurbanlarına həsr etdikləripoetik əsərləri kitabda yer alıb”.

Daha sonra Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri FəxriHacıyev təqdim olunan kitab haqqında, ümumən layihənin əhəmiyyətixüsusunda geniş məruzə ilə çıxış edərək ərsəyə gətirilən işintarixi və mənəvi önəmindən bəhs edib.

Ən uzaq və yaxın tarixdə baş verən oxşar hadisələr barədədüşüncələrin paylaşan “Ədəbiyyat qəzeti”nin baş redaktoru AzərTuran Əli Bəy Hüseynzadənin 1939-cu ildə Ərzincandabaş verənzəlzələ haqqında yazdığı “Zəlzələ dolayısı” ilə şeirihaqqındadanışaraq və Azərbaycanlı fikir adamların heç zaman Türkiyənindərdlərinə biganə qalmadığını, daim qardaş xalqın kədərini özkədəri, sevincini milli sevinci kimi yaşadığını dilə gətirib.

Tədbirin davamında Azərbaycan Yazıçılar Birliyinin GənclərŞurasının sədri Fərid Hüseyn həmin dəhşətli zəlzələ barədə kitabdayer alan şeirləri təhlil edərək zəlzələnin məşhur qəhrəmanlarınaçevrilmiş bir sıra konkret şəxslərə ünvanlanan poetik əsərlərbarədə fikir yürüdüb. Həmçinin F.Hüseyn zəlzələdə atası həlak olmuş12 yaşlı Cəmilə adlı qızcığaza həsr etdiyi “Dünyanın ən uzun otuzsaatı” adlı şeirinin yaranma tarixcəsindən də söz açıb.

Çıxış üçün növbəti söz tanınmış şair, alim Qismət Rüstəmovaverilib. Q.Rüstəmov “Ədəbiyyat və faciə” adlı məruzəsi tədbiriştirakçılarının geniş marağına səbəb olub.

Qeyd edək ki, tədbirdə tanınmış qirəətçilər Hüseynağa Aslanov vəJalə Novruzun ifasında kitabda yer alan bir sıra şeirlərsəsləndirilib.

Tədbirin sonunda Türk Mədəniyyəti və İrsi Fondu adından türkiyəlioxuculara “Səninləyik Türkiyə”kitabları hədiyyə olunub.

Türk
Türk
Türk
Türk
Türk
Türk
Seçilən
27
1
az.trend.az

4Mənbələr