AZ

Acı məğlubiyyət - 0:7

Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyununda qüvvəsini sınayıb.

İdman.biz xəbər verir ki, yığmamız Zeniça şəhərində Bosniya və Herseqovinanın qonağı olub.

Oyunda hesab birinci hissənin başa çatmasına 2 saniyə qalmış açılıb. Meydan sahibləri fərqləniblər. İkinci hissədə yığmamız daha uğursuz çıxış edib. Nəticədə daha 6 qol vuran Bosniya və Herseqovina yığması 7:0 hesabı ilə qələbə qazanıb.

Sabah komandalar arasında növbəti oyun keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.

Beynəlxalq yoldaşlıq oyunu
4 noyabr
22:00. Bosniya və Herseqovina – Azərbaycan - 7:0

Qollar: Bilal Jeliç, 19:58, Adnan Kalajdiç, 25:31, 34:03, Josip Başkoviç, 28:15, Samir Qosto, 34:36, Srdan İvankoviç, 36:39, Dejan Pavloviç, 39:37
Hakimlər: Farik Keço, Vedran Marçinko, Nikola Tadiç
Bosniya və Herseqovina: 1. Darko Milanoviç (q), 7. Srdan İvankoviç, 8. Marijo Aladziç (k), 9. Josip Sesar, 11. Josip Başkoviç, 12. Amer Deliç (q), 2. Dejan Pavloviç, 3. Sejad İbrişimoviç, 4. Davor Arnautoviç, 5. Adnan Kalajdiç, 6. Dragan Edi Mariç, 10. Bilal Jeliç, 13. Amir Baruçij, 14. Samir Qosto
Baş məşqçi: Qoran Melher
Azərbaycan: 1. Emin Kürdov (q, k), 7. Xəzər Ağalızadə, 14. Ülvi Əliyev, 3. Nurlan Məmmədov, 9. Emil Həsənzadə, 12. Kamran Hacıyev (q), 2. İlham Alıyev, 4. Fərid Abbasov, 5. Eldar Zeynalov, 6. Mirzə Əmirov, 8. Murad Quluzadə, 10. Oktay Rüstəmli, 17. Seymur Məmmədov, 20. Tofiq Mikayılov
Baş məşqçi: Vitali Borisov
Zeniça. Huseyn Smayloviç adına Arena.

İdman.biz

Seçilən
51
2
idman.biz

3Mənbələr