Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan Kubokunda kişilərin mübarizəsində qalib müəyyənləşib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan həlledici oyunda "Azərreyl" və "Xilasedici" kollektivləri üz-üzə gəliblər.
Heç bir setdə rəqibinə şans tanımayan Fövqəladə Hallar Nazirliyi (FHN) təmsilçisi yekunda 3:0 (25:19, 25:21, 25:23) hesablı qələbəyə sevinib.
Qeyd edək ki, "Azərreyl" yarımfinalda "Murov Az Terminal”ı, “Xilasedici” isə "Neftçi"ni üstələmişdi.
Qadınlar arasında Azərbaycan Kubokunun sahibi bu gün baş tutacaq “Gəncə” və “Abşeron” kollektivlərinin final görüşündən sonra bəlli olacaq.