AZ

Warren Buffett milyardlarla dollar dəyərindəki "Apple" səhmlərini niyə satır?

"Berkshire Hathaway" keçən rübdə "Apple" şirkətinə yatırdıqları sərmayəni yarıya endirdikdən sonra üçüncü rübdə əlavə olaraq 100 milyon ədəd "Apple" səhmini satdığını açıqlayıb.

Valyuta.az "Euronews"ə istinadən xəbər verir ki, şirkətin əlində saxladığı 300 milyon səhmin ümumi dəyəri sentyabr ayının sonunda 69,9 milyard dollar idi və hələ də "Berkshire"ın ən böyük tək sərmayəsi olaraq qalır. Ancaq bu dəyər keçən ilin sonunda 174,3 milyard dollar (5,9 trilyon TL) səviyyəsində ikən əhəmiyyətli dərəcədə azalıb.

Bəs milyardlarla dollar dəyərindəki səhmlərin satılmasının səbəbi nədir?

Buffett may ayında təşkil olunan illik yığıncaqda "Apple" səhmlərinin bir hissəsini satmağa başlamasının səbəblərindən birinin gələcəkdə vergi dərəcələrinin artacağını gözləməsi ilə əlaqədar olduğunu bildirib.

Lakin "Edward Jones" analitiki Cim Şenahan, Buffettin "Apple" satışlarına keçən il vitse-prezident Çarli Mungerin ölümündən sonra başlamasının bir təsirinin olub-olmadığını düşündüyünü qeyd edərək əlavə edib ki, satışlar məhz Mungerin ölümündən qısa müddət sonra başlayıb.

Şenahan əlavə edib ki, "Buffett texnologiya sahəsində heç vaxt uzunmüddətli tərəfdaşı qədər rahat olmayıb. Əgər Çarli Munger sağ olsaydı, bəlkə də səhmlərini bu qədər aqressiv şəkildə satmazdı - bəlkə də heç satmazdı".

Qeyd edək ki, "Berkshire" şənbə günü verdiyi açıqlamada investisiya gəlirlərinin üçüncü rüb mənfəətini yenidən 26,25 milyard dollara yüksəltdiyini bildirib.

Rəhim

Seçilən
52
valyuta.az

1Mənbələr