AZ

Özünü qatarın altına atan tibb bacısı onu xilas edən maşinistə ərə gedib

"Özünü intihar etmək qərarına gələn Şarlotta gözlənilməz yerdə öz sevigisinə rast gəlib..."
 
Qarşıdan gələn qatarın altına ataraq özünü intihar etmək niyyətində olan tibb bacısı onu xilas edən qatarın sürücüsünə ərə gedib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Daily Star" nəşri yazıb.
 
33 yaşlı üç övlad anası Şarlotta Ley dəmiryolunda qatarı gözləyərək özünü intihar etmək istəyib. Lakin onun gələcək əri, qatarın sürücüsü Deyv Ley əyləci basaraq qatardan düşüb və onunla yarım saat söhbət edib.
 
O, qadını təhlükəsiz olaraq növbəti platformaya çatdıra bilib, orada onu polis qarşılayıb və yerli ruhi sağlamlıq xodmətinə göndərib.
 
Ertəsi gün o, xilaskarını "Facebook" səhifəsində taparaq Böyük Britaniyanın Bredford şəhərindəki Krossflatts stansiyasında böhranlı vəziyyətdə ona göstərdiyi xeyirxahlığa görə minnətdarlıq edib. 
 
Deyv Şarlottanın mesajına cavab verib və deyib ki, istədiyi vaxt ehtiyacı olarsa, hər zaman onu dinləməyə hazırdır. Bundan sonra onlar hər gün yazışmağa başlayıb.
 
İki ay davam edən  ünsiyyətdən sonra onlar görüşərək birlikdə qəhvə içib. Üç ildən sonra isə Şarlotta hamilələliyinin 22-ci həftəsində olarkən onlar evlənib və bu, onların ilk övladı olub.
 
Şarlotta deyib: "Xatirimdədir ki, söhbət həyatımızın gündəlik qayğılardan gedib, lakin bunlar böhranı aradan qaldırmaq üçün yetərli olub. Həyat onun üçün daha ağır görünməyib. 
 
Ertəsi gün mən özümə qarşı xeyirxah olan adam axtarmağı qarşıma məqsəd qoydum. "Facebook" və həmkarları vasitəsilə onu axtarıb tapdım. İndi o, mənin ərimdir, hamiləliyimin 22-ci həftəsində biz evləndik".
 
Bundan öncə Şarlottada depressiv pozuntu, həyəcan, posttravmatik stres pozuntusu və şəxsiyyətin emosional qeyri-sabit pozulması aşkar edilib. O, deyib ki, onun 2019-cu ildə intihar cəhdi tibb bacısı olaraq Milli Səhiyyə Xidmətində işə gedərkən "impulsiv qərar" olub.
Şarlotta deyib: "İntihara cəhd etdiyim gün məni buna nəyin sövq etdiyini bilmirəm, amma bu, impulsiv qərar olub. Mən peşə geyimi formasında, işə hazır vəziyyətdə olmuşam, lakin nəsə qaydasında olmayıb. 
 
Mən qatardan perrona düşdüm, bələdçinin sualına hər şeyin qaydasında olduğunu dedim. O, təkrar soruşanda da eyni cavabı verdim. Orada oturub gözlədim. Mənimlə bağlı kimin həyəcan qaldırdığını bilmirəm, amma növbəti qatar gələndə sürətini azaldaraq məndən aralıda dayandı".
 
Deyv qatardan düşərək Şarlotta qarşısında diz çökərək özünü təqdim edib. O, qadına deyib ki, qatara minib özünü kifayət qədər rahat hiss edəndən sonra hər şeyi müzakirə edəcəklər.
 
Onlar yarım saat söhbət edib, bundan sonra Şarlotta taksiyə əyləşməyə razılaşıb və o, Skipton stansiyasında polisin nəzarətinə çatdırılıb.
 
Maraqlıdır ki, Şimal Dəmiryolunun maşinisti deeskalasiya (böhranlı vəziyyətdən çıxarılma-red.) üzrə heç bir treninq keçməyib. O, deyib ki, qadına, sadəcə, "intihar etmək istəyən başqa insanlara demək istədiyi sözləri deyib".
 
Şarlotta xatırlayıb: "Bir dəfə mən ondan deeskalasiya üzrə nə zamansa treninqlər keçib-keçmədiyini soruşdum. O, yox cavabını verdi. O, deyib ki, əvvəllər heç vaxt söhbət etməyə imkanı olmayan adamlara demək istədiyi sözləri deyib.
 
Mən ümid edirəm ki, mənim tarixçəmdən xəbəri olanlar anlayacaq ki, əgər bizim ruhi sağlamlıq böhranının aradan qaldırılması üçün xüsusi hazırlığımız olsaydı, biz hamımız hər zaman empatik olaraq yardım etməyə qadir olardıq. Mən Deyvə belə dözümlü və anlaşıqlı olduğuna görə minnətdaram".
 
Deyv onun səsini eşidəndə yüngüllük hiss edib, axı, onun "heç vaxt qatardan düşüb kiminləsə böhranlı vəziyyətdə söhbət etmək imkanı olmayıb. O, BBC-yə müdahibəsində deyib:
 
"Mən o qadında hər şeyin normal olduğuna əmin olmaq istəyirdim. Mən onunla nə baş verdiyini və ona heç bir təhlükənin olmadığını bilmək üçün polislə əlaqə saxladım. Mən bunu özümə borc bildim. Bizim söhbətimiz yaxşı alındı. Kimsəyə faydalı bir şey etmək imkanımın olması mənə çox xoş oldu".
Seçilən
59
moderator.az

1Mənbələr