AZ

Afrikanın Efiopiya gizlinləri – İtaliya necə məğlub edildi?

Afrika deyəndə ilk olaraq qara dərili insanların  fərqli yaşayış tərzi və ucsuz- bucaqsız çöllüklər, bu çöllüklərdəki vəhşi heyvanlar xatırlanır. Afrikadakı vəhşi tayfaların bəzilərinin sivil dünyadan uzaq düşməsi və sosial, iqtisadi və texniki inkişaf səviyyəsindən xəbərsiz olmaları “qara qitə”dəki yaşayışın nə qədər aşağı olmasından xəbə verir. Bütün dövrlərdə Avropa ölkələrinin hücumlarına məruz qalan Afrika xalqları “köhnə qitə”dən gələnlərin köləsinə çevrilib. Bəzi hallarda isə müqavimət göstərə biliblər.19-cu əsrdə  Efiopiyanın  italiyanlara qalib gəldiyi kimi.

Efiopiya  avropalıları  necə məğlub edə bildi?

19-cu əsrdə Efiopiya sosial-iqtisadi inkişaf baxımından geridə qalmış ölkə idi. Avropada kapitalizmin hər yerdə qələbə çaldığı bir dövrdə, Efiopiyada  feodalizm  höküm sürürdü.  Bu, digər amillərlə yanaşı, Afrika ölkəsinin texniki inkişafında da iz buraxdı. Ancaq bu göstəricilər onu vəhşiləşdirmədi.

Buna görə də, Efiopiyadan söhbət düşəndə onların  ordusunu bellərində kaman və nizə taxan dəstələr kimi təssəvvür etmək yanılışlıqdır. 18-19-cu əsrlərdə  Avropada ayağı yer tutan hər kəs Efiopiyaya qaçırdı. Efiopiyanı hədəfə alan təkcə italiyanlar deyildi. Sərvət dalınca bu ölkəyə axın edən Böyük Britaniya, eləcə də Fransa və Rusiya idi.  Onların sayəsində 19-cu əsrin sonlarında  Efiopiyada imperator II Menelikin dövründə telefon və teleqraf yarandı. Dəmir yolu tikildi, elektrik enerjisindən istifadə edildi.

Əslində, İtaliya-Efiopiya müharibəsi  ona görə baş verdi ki, Efiopiya Afrika qitəsində əsrlər boyu öz suverenliyini Avropa “sivilizatorlarından” qoruya bilən azsaylı ölkələrdən biri idi. Afrikanın bölünməsinə gecikən İtaliya qitədə özü üçün heç olmasa bir müstəmləkə əldə etməklə bunu düzəltməyə çalışırdı. Efiopiyalılar isə onların bu niyyətlərini başa düşür və müqavimət göstərirdilər.  1894-cü ilin dekabrından 1896-cı ilin oktyabrına qədər “qara adamlar”la  “ağ kişilər”in  Efiopiya uğrunda  mübarizəsi getdi.

Bütün növ “Vikipediyalarda” yazılır ki,  17,7 min nəfər italyalı   100 minə yaxın  efiopiyalıya qarşı vuruşub. Ancaq hərb tarixi ilə maraqlanlar  əminliklə deyə bilər ki, bu, italyan mənbələrinin uydurduğu cəfəngiyyatdır.  Böyük ehtimalla  17,7 min nəfərlik italyan korpusu ona qarşı sayca üstün  kontingentin dayandığını bilsəydi  sadəcə  heç bir döyüşə girməzdi. Çünki tarix göstərir ki, italyanlar intihara meylli deyillər.

Üstəlik, İtalyalı komandirlər bilirdilər ki,  onlara qarşı  vuruşanlar  vəhşilər deyil.  Amma ola bilsin gəlmələr yerlilərin güclərini düzgün qiymətləndirməyiblər. Müasir alman tədqiqatçılarına görə İtaliya döyüşdə 3886 nəfər itki verib. Bəzi mənbələr isə avropalılardan 15 min  əsgərin öldüyünü iddia edirlər.

Orest Baratierinin korpusunda italyanlardan başqa yerli qəbilələrdən cəlb edilmiş efiopiyalılar da döyüşüb. Öz növbəsində, İmperator II Menelikin qoşunlarında efiopiyalılarla yanaşı, əsasən Kuban kazakları arasından fransız və rus könüllüləri olub. Sonunculara rusiyalı Nikolay Stepanoviç Leontyev komandirlik edib. Efiopiyada o, nəinki diplomatik əlaqələr qurub və bitkilər toplayıb, həm də Efiopiya ordusunu təşkil edib. Bu da  Efiopiyanın  İtaliya ilə toqquşmada uğurlarına səbəb olub.

Əslində ən qızğın döyüş- Ədua döyüşü  1896-cı il martın 1-də baş verdi. İtalyan qoşunları üç cinahda  hərəkət etdi. Efiopiyalılar ərazini yaxşı tanıdıqlarından italyanları pusquya saldılar. İtaliya ordusunun hər üç cinahı sıradan çıxarıldı. Üstəlik, sonuncu dəstəni mühasirəyə alıb məğlub etmək 10 saat çəkdi. Ən şiddətli döyüşlər də üçüncü kolonla gedirdi.

İtalyanları darmadağın edən  Efiopiya ordusu  son texnologiya ilə silahlanmamışdı. Onların əllərində  kaman və nizə var idi. Onlar qəbilə döyüşçülərini xatırladırdı. Eyni zamanda efiopiyalılar  odlu silahlardan da istifadə edib.  İtalyanların arsenalında müxtəlif çaplı 56 silah var idi. “Geridə qalmış” efiopiyalılarda isə silahların sayı 42 idi.  Bu silahları yerlilərə İtaliyanı Efiopiyadan çıxarmaq istəyən  Rusiya və Fransa  vermişdi. Ölkənin 8 vilayəti İtaliyaya qarşı müharibədə iştirak edirdi. Bütün qruplara da  Fransa və Rusiya hərbçiləri rəhbərlik edirdi.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
26
konkret.az

1Mənbələr