AZ

10 fərqli mövqedən qələbə ilə tarixə düşdü

27 yaşlı niderlandlı sürücü Maks Ferstappen Formula 1 tarixində 10 fərqli mövqedən start götürərək qran-prini qazanan ilk sürücü olub.

Noyabrın 3-də Braziliyanın İnterlaqos trassında o, yağışlı hava şəraitində 17-ci yerdən start vermişdi.

Aleksandr Albonun təsnifat mərhələsində qəzaya uğramasından sonra “Williams” mexanikləri bolidi yarışa qədər hazırlaya bilməmişdilər. İsinmə dövrəsində isə “Aston Martin”dən Lens Stroll səhv edərək yarışı bitirmişdi. Bu da onun qarşısındakı iki pilotun olmaması demək idi.

Artıq üçqat dünya çempionu karyerası ərzində birinci, ikinci, üçüncü, dördüncü, altıncı, yeddinci, doqquzuncu, onuncu, 14 və 17-ci yerlərdən başlayaraq qələbələr qazanıb. Maks bu vaxta qədər 9 fərqli start yerindən qələbə qazanan Fernando Alonso ilə eyni nəticəyə malik idi.

Seçilən
32
futbolinfo.az

1Mənbələr