AZ

Bu su göz altındakı torbaları  azaldır

Bu Bu su göz altındakı torbaları

Qızılgül suyunun dəri üçün faydaları çoxdur.

TRT-yə istinadən xəbər verir ki, bu barədə doktor Mehmet Uçar açıqlama verib: 

Qızılgül suyunun faydaları nələrdir?

Dərinin pH dəyərini saxladığı və antiseptik xüsusiyyətləri ilə sızanaqların əmələ gəlməsinin qarşısını aldığı üçün sabun və üz təmizləyici vasitələrin tərkib hissəsi kimi də istifadə edilən qızılgül suyunun faydaları bunlardır:

• Dərini nəmləndirir, quruluğun və gərginliyin qarşısını alır;

• Məsamələri təmizləyir, yağlılığı azaldır və sızanaq əmələ gəlməsinə mane olur;

• Antioksidant və iltihab əleyhinə təsiri ilə yaşa bağlı qırışların əmələ gəlməsini gecikdirir;

• Dəridəki ölü dərini çıxarır və hüceyrələrin bərpasına kömək edir;

• Göbələk və ekzemanın səbəb olduğu qaşıntıları azaldır;

• Göz altındakı torbaları azaldır;

• Tərkibindəki E vitamini nəmləndirici təsir göstərir;

• Təraşdan sonra dərinin qıcıqlanmasının qarşısını alır;

• Günəş yanıqlarının sağalma prosesini sürətləndirir;

• Dərinin pH səviyyəsini tarazlı saxlayır;

• Həssas dərilərdə istifadə üçün uyğundur;

• Tərkibindəki birləşmələr saç follikullarını qidalandırır və gücləndirir.

Qızılgül suyunun dəri üçün faydaları nələrdir? Tərkibində olan qızılgül ləçəkləri dəri üçün təbii təmizləyici rolunu oynayır. O, artıq yağı çıxarmağa kömək edir, dərinin qızartısını müalicə edir, qıcıqlanmanı sakitləşdirir, dərini nəmləndirir və nəticədə dəriyə rahatlıq hissi verir.

Qızılgül suyu çiçək ləçəklərindən hazırlandığından heç bir əks təsiri yoxdur və dəri tipindən asılı olmayaraq hər kəs istifadə edə bilər.

Sərinləşdirici təsirə malik olduğundan qızılgül suyu istibasma halları yaşayan, anadangəlmə tərləməyə meylli olan və ya qırmızı üzü olan hər kəsə faydalıdır.  

Nəmləndirici xüsusiyyətə malik olduğu üçün dərinin nəm balansını qoruyur və bütün dəri tiplərinə yaxşı gəlir.

Qızılgül bitkisinin suyu dəri üçün əla tonikdir. Makiyajdan sonra və ya gecə yatmazdan əvvəl üzü gül suyu ilə təmizləyərək parlaq və canlı dəriyə sahib olmaq mümkündür.

Qızılgül bitkisinin şirəsi təbii losyon kimidir. Kişilər təraşdan sonra dərinin qıcıqlanmasının qarşısını almaq üçün üzünə sürtə bilər. Qadınlar isə kimyəvi tərkibli makiyaj təmizləyici losyon yerinə gül suyuna üstünlük versə, daha yaxşı olar. Qızılgül suyu üzə həm də qeyri-adi parlaqlıq verir.

Şişkin gözlər, gözaltı şişlərin çarəsidir. Antiseptik xüsusiyyətləri sayəsində yuxusuz və yorğun göz və altındakı şişlikləri müalicə edir. Bununçün qızılgül suyunu bir müddət soyuducuda saxlamaq, sonra pambığa sıxıb gözün altına qoymaq lazımdır. Gözün altındakı şişkinliyin azaldığı nəzərə çarpacaq.

Qızılgül suyu dərinin pH balansını qoruyaraq ləkələrin aradan qaldırılmasında mühüm rol oynayır. Hava şəraitinə görə dəridə yığılan toksinlərin çıxarılmasına kömək edir. Tıxanmış məsamələri açır və dərini hamarlaşdırır. Daim istifadə edildikdə tutqun görünən dəri sağlam və canlı olur.

Qızılgül suyunun antiinflamatuar tərkibi dərinin qızartısını aradan qaldırmağa və şişliyin qarşısını almağa kömək edir.

Dəri toxumasını yeniləmə və dəri hüceyrələrini gücləndirmə xüsusiyyətlərinə malik antioksidant C vitamini ilə zəngin olduğu üçün qızılgül suyu dərini bərpa edir, nəmləndirir, həm də dəridə qan dövranını artırmağa kömək edir.

Qızılgül suyundakı antioksidan xüsusiyyətlər dəri hüceyrələrinin zədələnməsinin qarşısını alır.

Məsamələri açaraq sızanaqları daraltmaqla və yeni dəri hüceyrələrini stimullaşdırmaqla qızılgül suyu dəridəki kir və yağı təmizləyir.

Sifət dərisinə istifadə üçün təmiz pambığa bir damla qızılgül suyu töküb yumşaq şəkildə çəkmək lazımdır, saç üçünsə şampun və ya balzama əlavə etmək uyğundur.

E-saglam.az

Seçilən
20
4
e-saglam.az

5Mənbələr