AZ

Zaxarova: “Moldovadakı seçkilər qeyri-demokratikdir”

Zaxarova:

“Moldovada keçirilən prezident seçkiləri ölkə tarixində ən qeyri-demokratik seçkidir”.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bazar günü Moldovada keçirilən prezident seçkilərinin ikinci turu ilə bağlı yazılı açıqlamasında bildirib.

Hazırkı prezident Maya Sandunun 55,33 faiz səslə seçkilərin qalibi olduğuna diqqət çəkən Zaxarova qeyd edib ki, Sanduya verilən səslərin çoxu Qərb ölkələrində yaşayan vətəndaşlardan gəlib.

Rusiyada təxminən 500 min Moldova vətəndaşının yaşadığına diqqət çəkən Zaxarovanın sözlərinə görə, Kişinyov yalnız 2 səsvermə məntəqəsi açaraq bu vətəndaşlara qarşı ayrı-seçkilik edir.

Seçkidə çoxlu pozuntuların olduğunu iddia edən Zaxarova Kişinyov administrasiyasının seçki prosesi zamanı ölkədəki müxalif qüvvələrə və media qurumlarına təzyiqlər etdiyini bildirib.

Rusiya XİN-nin rəsmisi Qərbin Moldovada seçki prosesinə açıq şəkildə müdaxilə etdiyini də vurğulayıb: “Bu, Moldovanın müstəqillik illərində ən qeyri-demokratik seçki kampaniyası idi”.

E. KAMAL
Seçilən
22
1
reyting.az

2Mənbələr