AZ

Mərkəzi Bank Meqa Həyat Sığortaya - MÜDDƏTSİZ LİSENZİYA VERDİ!

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən 31 oktyabr 2024-cü il tarixində  “Meqa Həyat Sığorta” ASC-yə həyat sığortası xidmətləri üzrə sığorta fəaliyyətinin aparılması üçün müddətsiz lisenziya verilib. 

FED.az xəbər verir ki, Azərbaycan Respublikasinin Mərkəzi Bankı tərəfindən qanunvericiliyə uyğun olaraq  təqdim edilən müddətsiz lisenziyanın qeydiyyat nömrəsi SF -0006.

Şirkət həyat sığortası üzrə fiziki və hüquqi şəxslərə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari həyat sığortası, kredit həyat sığortası, ipoteka həyat sığortası, həyatın yaşam sığortası, korporativ həyat sığortası və sağalmaz xəstəliklərdən sığorta xidmətlərini təklif edir.

Qeyd edək ki, Azərbaycanda həyat sığorta şirkətləri arasında ən dinamik inkişaf edən “Meqa Həyat Sığorta” Şirkəti 2019-cu ilin sentyabr ayında təsis edilmiş və 2021-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş həyat sığortası xidmətləri göstərməyə icazə verən lisenziya əsasında fəaliyyətə başlayıb.

 

Seçilən
50
6
fed.az

7Mənbələr