AZ

Levandovskinin evi də daşqından zərər gördü

style='margin-bottom:10px;'>

“Barselona”nın hücumçusu Robert Levandovskinin evi İspaniyanın cənubunda baş verən daşqın nəticəsində zərər görüb.

QOL.az xəbər verir ki, bu barədə Futbolçunun həyat yoldaşı Anna Levandovski məlumat yayıb.

İspaniyanın üzləşdiyi daşqın ölkənin müasir tarixində 3-cü ən pis hadisədir. Daşqın səbəbindən nəinki evlərə, bəzi futbol klublarının stadionlarına da zərər dəyib.

Anna Levandovski isə sosial şəbəkələrdəki paylaşımında bildirib ki, onların evindəki qaraj su altında qalıb. Lakin suyun səviyyəsi hələ də kifayət qədər aşağıdır və Levandovskinin ailəsi üçün təhlükə yaratmır.

Qeyd edək ki, İspaniyada daşqın səbəbindən bəzi rayonlarda yolları su basıb, evlərə və avtomobillərə ziyan dəyib, 100-dən çox insan həyatını itirib. Ölkədəki vəziyyətlə əlaqədar bir neçə dəfə İspaniya kubokunun oyunları təxirə salınıb.

Seçilən
15
8
teleqraf.com

9Mənbələr