Aktual.az bu barədə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasına istinadən xəbər verir.
Məlumata görə, eyni zamanda, qeydiyyat prosesi 30 dəqiqəyə qədər tamamlanan nəqliyyat vasitələrinin payında da artım müşahidə olunub.
"Ümumi nəqliyyat vasitələrinin 49 %-nin qeydiyyatının 30 dəqiqə ərzində tamamlandığını nəzərə alsaq, bu ilin müvafiq dövründə artıq 66 % nəqliyyat vasitəsinin qeydiyyatı tamamlanıb ki, bu da 18% müsbət dinamikanın göstəricisidir", - deyə Komissiya bəyan edib.