Müğənni Kəmalə Qaramollayeva “Rəngarəng” verilişinin qonağı olub.
Medianews.az milli.az-a istinadla xəbər verir ki, canlı efir zamanı sənətçi ilə aparıcı Zaur Nəbioğlunun sözləri çəp gəlib.
Ona bu sənətdə hansı sənətkarların zamanında qiymət verdiyini açıqlayan Kəmalə onların adlarını bir-bir açıqlayıb.
Dediyi sözlərin hamısının sübutunu kasetlərə köçürüb göstərə biləcəyini deyən müğənni sənəti ilə öyünüb. Efirin qonağı olan digər sənətçilər də Kəmaləyə sözləri ilə dəstək çıxıblar.
Daha sonra canlı ifa ilə aparıcını susduran Qaramollayeva Nəbioğlu ilə “sülh bağlayıb”.
Həmin gərgin anları təqdim edirik: