ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp seçkilərdə məğlub olma ehtimalını etiraf edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
“Mənim kifayət qədər böyük üstünlüyüm var, amma deyə bilərik ki, bəli, mənim məğlubiyyətim mümkündür. Bəzən pis şeylər olur. Maraqlı olacaq”, - deyə o bildirib.
Noyabrın 5-də ABŞ-da ümumi seçkilər keçirilir.