AZ

“Mançester Siti” Almaniya millisinin iki ulduzuna göz dikib

İngiltərənin “Mançester Siti” klubu növbəti transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır. Məlumata görə, rəhbərlik zədəli futbolçuların çoxluğuna görə bu qərarı verib.

“Mançester Siti” rəhbərliyi qışda klubun əsas hədəfi kimi “Bayer”dən Florian Virts və “Bayern”dən Camal Musialanı müəyyənləşdirib. İngiltərə komandasının sahiblərini təkcə zədələrin sayı deyil, həm də ulduzlarının yaşı narahat edir, ona görə də uzunmüddətli perspektivdə onlara əvəzedicilər tapmağa çalışılır.

21 yaşlı Virts “Bayer”in heyətində 167 oyun keçirib, 48 qol vurub və 51 məhsuldar ötürmə edib. 21 yaşlı Musialanın isə  “Bayern”in heyətində 175 oyuna 50 qol və 35 asisti var.

Seçilən
25
futbolinfo.az

1Mənbələr