AZ

ABŞ-də bombalı hücumun qarşısı alındı

ABŞ-də 60-cı prezident seçkiləri davam edərkən Tennessi ştatında böyük elektrik paylayıcı zavoda bombalı hücum planlaşdırmaqda ittiham olunan şəxs saxlanılıb.

"Cebheinfo.az" xəbər verir ki, Ədliyyə Departamenti Nashville şəhərində elektrik paylama mərkəzinə hücum etməyə hazırlaşan sağçı qruplarla əlaqəsi olan 24 yaşlı Skyler Filippinin ələ keçirildiyini açıqlayıb.

Baş prokuror Merrick B.Qarland qeyd edib ki, Filippinin pilotsuz uçuş aparatına “C-4” partlayıcı əlavə edərək hücuma hazırlaşdığı müəyyən edilib.

"Bu, millətimizin kritik infrastrukturuna hücum edərək zorakılıq və xaos toxumu səpmək istəyənlərə növbəti xəbərdarlıqdır. 

Ədliyyə Departamenti sizi tapacaq, planınızı pozacaq və məsuliyyətə cəlb edəcək”, - deyə Qarland açıqlamasında bildirib.

Filippinin noyabrın 13-də hakim qarşısına çıxacağı gözlənilir.

Seçilən
19
1
cebheinfo.az

2Mənbələr