Avropa ikincisi və dünya üçüncüsü olan macarıstanlı tanınmış bədii gimnast Fani Piqnitski Bakıda ustad dərsi keçəcək.
Azərbaycan Gimnastika Federasiyasından Sportnet.az-a verilən məlumata görə, ustad dərsi dekabrın 14-də reallaşacaq “Qış nağılı” beynəlxalq turniri zamanı təşkil olunacaq.
Milli Gimnastika Arenasında keçiriləcək dərslərə yalnız turnir iştirakçıları qatıla bilərlər.