AZ

"Mənə deyirdi başını kəsəcəm" - Həyat yoldaşını və qohumlarını bıçaqlayan şəxsin cinayət işi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə həyat yoldaşı və onun yaxın qohumlarını bıçaqlayan şəxsin növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Cinayət Məcəlləsinin 126.2.2, 126.2.3 (Qəsdən sağlamlığa ağır zərər vurma) və 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddələri ilə təqsirləndirilən Elnur Əliyevin məhkəmə prosesində 3 nəfər zərərçəkən ifadə verib. 

Zərərçəkmiş şəxs Elminaz Əliyeva ifadə verərək bildirib ki, o təqsirləndirilən şəxs Elnur Əliyevin həyat yoldaşıdır. Digər zərərçəkənlər Laçın Tatulova nənəsi, Aysel Məmmədova isə bacısıdır: "Mənə deyirdi başını kəsəcəm, burnunu qıracam. Hadisə olan günün axşamı votsapda yazışırdıq. Bilirdim gələcək qapını bağladım. Mən həmin gün nənəmgildə idim. Bıçaqla birinci məni vurdu, bacımı isə qarfinka ilə vurub. Yerdə uzanıqlı vəziyyətdə başıma vurdu, yerə özü uzatmışdı. Vurandan sonra qardaşım məni götürüb atdı çölə.  Bunda kişi gücüdür, bizdə isə arvad gücü. Mən şikayət vermirəm, buraxıram hakimin səlahiyyətinə". 

Daha sonra digər zərərçəkən Aysel Məmmədova ifadə verib: "Elnur girdi içəri birinci məni vurdu, bacım yatmışdı. Gəldim bacıma dedim dur hazırlaş, Elnur gəlib, hirslidir. İstəyirdik nənəm gələnə kimi Elnurun otağa daxil olmasını  ləngidək. Alınmadı, nənəmi vurdu sonra Elminazı ayağının altına saldı bıçaqladı. Mən Elnurdan şikayətçiyəm, barışmamışam".

Təqsirləndirilən Elnur Əliyev Ayselin müəyyən məsələləri düz danışmadığını bildirdi: "Mən Elminaza votsapa yazmışdım başını kəsəcəm, evə gələndə elə söz deməmişəm".

Zərərçəkən Laçın Tatulova Elnurdan bıçağı almaq istəyəndə ağciyərinin deşildiyini bilib: "Mən şikayətçiyəm, cəzanı buraxıram sizin ixtiyarınıza".
Məhkəmə prosesi dekabr ayının 3-nə kimi təxirə salınıb.

Qeyd edək ki, bu il mayın 17-də Sabunçu qəsəbəsində 1963-cü il, 2005-ci il və 2006-cı il təvəllüdlü üç qadına kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qəsdən sağlamlığa ağır zərərvurmada şübhəli bilinən Elnur Əliyev saxlanılıb.

Seymur Əli

Seçilən
8
unikal.az

1Mənbələr