Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Medianews.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Elnur Mirzəli oğlu Səmədov idarə etdiyi HOWO markalı yük avtomobili ilə piyada 1957-ci il təvəllüdlü Humayə Ocaxverdi qızı Məmmədovanı avtomobili vurub. Nəticədə piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.