AZ

Ukraynalılar və Şimali Koreyalılar arasında İLK DÖYÜŞ

Ukrayna hərbçiləri Rusiya-Ukrayna müharibəsində iştirak etmək üçün Rusiyanın Kursk bölgəsinə gələn ilk Şimali Koreya hərbçiləri ilə hərbi toqquşmaya girib.

Bizim.Media xəbər verir ki, bu barədə noyabrın 5-də “Financial Times” Ukrayna kəşfiyyatının yüksək rütbəli zabitinə istinadən məlumat yayıb.

Noyabrın 4-də KXDR hərbçiləri ilə toqquşma barədə ilk məlumat verən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko olub. Onun sözlərinə görə, Şimali Koreya hərbçiləri Kursk vilayətində artıq atəşə tutulub.
 

Ukrayna kəşfiyyatının yüksək rütbəli rəsmisi FT-yə hərbi müqavimət göstərildiyini təsdiqləyib, lakin əlavə təfərrüat verməkdən imtina edib. O, Ukrayna Silahlı Qüvvələri ilə Şimali Koreya döyüşçüləri arasında baş verən toqquşma ilə bağlı konkret məlumat verməyib, yalnız bunun Ukrayna qüvvələrinin avqustda başlayan əməliyyat zamanı işğal olunmuş ərazilərin bir hissəsinin saxladığı Kursk vilayətində baş verdiyini bildirib.


Ukrayna prezidenti Volodimir Zelenski noyabrın 4-də deyib ki, Kursk vilayətində 11 min Şimali Koreya əsgəri var.

Ukrayna, ABŞ və Cənubi Koreyanın məlumatına görə, ümumilikdə KXDR müharibədə iştirak etmək üçün Rusiyaya 500-ü zabit və üç general olmaqla 12 minə yaxın hərbi qulluqçu göndərib.

Rusiya və Şimali Koreya Ukrayna və onun müttəfiqlərindən gələn məlumatı təsdiqləməyib.
 

Bizim.Media

Seçilən
15
25
bizim.media

10Mənbələr