AZ

Onlayn ödənişlər zamanı niyə ədv ala bilmirik? VİDEO

Onlayn ödənişlər zamanı ədv almaq mümkün deyil.

Hər hansı məişət əşyasını kreditlə alan şəxslərin əksəriyyəti aylıq ödənişi mağazaların kassalarında deyil, mobil tətbiqlər, terminallar və ya internet üzərindən onlayn  ödəyirlər.  Bu zaman isə ödəyiciyə təqdim olunan elektron qəbzdə ƏDV əldə edə bilmək üçün müvafiq  hissəsi əks olunmur. 

Xezerxeber.az-ın xəbərinə görə, iqtisadçı Ekspert Eyyub Kərimli deyir ki,  İstehlakçı mobil tətbiq, ödəmə terminalı və ya digər üsulla ödənişi həyata keçirdiyi rəsmi sənədi satıcıya təqdim etməklə “ƏDV”-nin geri qaytarılmasını təsdiq edən kassa çekini satıcıdan tələb edə bilər.

Əksəriyyət isə bu hüquqlarından xəbərsizdir.

Bir çox mağazalardan isə deyilir ki, yalnız obyektin özündə ödəniş edildikdə ƏDV qəbzi verilir. Onlayn ödəmələr zamanı müştəriyə ƏDV-ni ala biləcəyi çek təqdim olunmur.  

Nağdız Hesablaşmalar Haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, nağsız ödəniş dedikdə yalnız posterminal vasitəsi ilə edilən ödəniş nəzərdə tutulmur. Eyni zamanda hər hansı bir tətbiq vasitəsi ilə və ya terminal vasitəsi ilə edilən ödənişlər də nağsız hesab edilir.

Vergi məsələləri  üzrə Ekspert Ceyhun Səfərov deyir ki,  vətəndaşların ƏDV ödənişlərini rahat əldə edə bilmələri üçün mövcud sistemdə müəyyən dəyişiklik ediməlidir.

Vergi qanunvericiliyinə əsasən, istehlakçılar ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə, nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizini geri almaq hüququna malikdirlər.

Qeyd edək ki ki, Dövlət Vergi Xidmətinə məsələ ilə bağlı ünvanladığımız suallar cavabsız qaldı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
38
2
xezerxeber.az

3Mənbələr