AZ

Maştağalı narkobaron HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb.

Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Orada cəza çəkən məhkum Əliheydər Cavadov dünyasını dəyişib.

Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, Əliheydər Cavadov Bakının Maştağa qəsəbəsindəndir. O, 2020-ci ildə narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs olunub.

Ə.Cavadov yaşadığı Maştağa qəsəbəsi ərazisində narkotik plantasiyası salıbmış.

Xatırladaq ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 40-cı ölüm hadisəsidir.

Seçilən
7
7
avtosfer.az

7Mənbələr