AZ

Dağıstanda fırtına səbəbindən 90 min insan İÇIQSIZ QALDI

Dağıstanda fırtına səbəbindən 90 min insan işıqsız qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə Dağıstan mediası Energetika Nazirliyinə istinadən məlumat yayıb.

29 m/s-ə çatan güclü külək səbəbindən Dağıstanın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Mahaçqala, Kaspiysk, eləcə də Qunibski, Axtınski, Rutulski, Çarodinski və Kuraxski rayonlarının 90 min sakini işıqsız qalıb.

Dagenerqo filialının mütəxəssisləri pis havanın fəsadlarını aradan qaldırmağa başlayıblar. Energetiklər yüksək hazırlıq vəziyyətində işləyirlər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
28
interpress.az

1Mənbələr