Srbui Qalyan Ermənistanın ədliyyə naziri vəzifəsinə təyin edilib.
Adaet.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilib.
Baş nazir Nikol Paşinyanın təklifi əsasında Srbui Qalyan prezident Vaqan Xaçaturyanın fərmanı ilə ədliyyə naziri təyin edilib.
Srbui Qalyanın 32 yaşı var. O, əvvəllər ədliyyə nazirinin müavini olub. Qalyan son vaxtlar baş prokurorun müavini idi və qanunsuz əmlakın müsadirəsi ilə bağlı işlərə nəzarət edirdi.
Xatırladaq ki, keçmiş ədliyyə naziri Qriqor Minasyanın vəzifəsindən azad edilməsi üçün parlamentin “Vətəndaş sazişi” fraksiyasında imzatoplamaya başlanılıb. Bunun ardınca ədliyyə nazirinin yeni təyin olunmuş müavini Sirvard Gevorgyan istefa verib.Modern.az