AZ

“Mançester Yunayted”in oyunçuları onun klubdaqalmasınıistəyirlər

“Mançester Yunayted”in futbolçuları Ruben Amorim “qırmızı şeytanlar”ın baş məşqçisi vəzifəsinə keçdikdən sonra müvəqqəti baş məşqçi Ruud van Nistelroyun klubda qalmasını istəyir.

Lent.az bildirir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Mançester Yunayted”in oyunçuları hollandiyalını yeni məşqçilər korpusu ilə komanda arasında əlaqə kimi görür və van Nistelroyun futbolçularla ünsiyyət tərzini də yüksək qiymətləndirirlər. Bildirilir ki, klub rəhbərliyi və əsas komandaya dəstək verən bütün heyət Ruudun davranışına görə ona böyük hörmət bəsləyir.

Portuqaliyalı Ruben Amorim noyabrın 11-dən “qırmızı şeytanlar”ı çalışdırmalıdır. İngiltərə klubu Amorimlə müqavilənin vaxtından əvvəl ləğvi üçün “Sportinq”ə lazım olan məbləği də ödəyib.

Seçilən
45
medianews.az

1Mənbələr