AZ

Almaniyanın avtomobil sektorunda böhran davam edir

Almaniyanın

Son dövrdə ciddi böhranla qarşılaşan Almaniyanın "Volkswagen" şirkətindən sonra "Schaeffler" şirkəti də sərt qənaət tədbirləri barədə qərar qəbul edib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, qərara əsasən 2800-ü Almaniyada olmaqla, Avropada 4700 nəfər işdən çıxarılacaq. İşdən çıxarılacaq əməkdaşlar şirkətin bütün işçilərinin 3,1 faizini təşkil edir.

Avtomobil sənayesində dünyanın on ən böyük təchizat şirkətlərindən olan "Schaeffler" bu qərarı eyni sahədə fəaliyyət göstərən "Vitesco" ilə birləşdikdən bir ay sonra qəbul edib. Otuz beş min nəfərin işlədiyi "Vitesco" ilə birləşdikdən sonra şirkətin işçilərinin sayı 120 minə çatmışdı. İşdən çıxarılma barədə qərar şirkətin Almaniyada 10, Avropanın digər ölkələrindəki 5 müəssisəni əhatə edəcək. Həmin beş müəssisədən ikisinin fəaliyyəti tam dayandırılacaq.

Qərarın 2025-2027-ci illərdə həyata keçiriləcəyi, nəticədə 2029-cu ildən etibarən ildə 290 avroya qənaət olunacağı nəzərdə tutulur.

Seçilən
10
1
xalqcebhesi.az

2Mənbələr