Allah-taala insanlara sevgi ruhu verib. Məhz sevgi ruhu ilə bizi əhatə edən təbiəti qoruya bilərik.
Modern.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammitində jurnalistlərə açıqlamasında Bakı Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev deyib.
İnsanlar tərəfindən təbiətin istismarının minimum səviyyəyə endirilməsinin vacibliyindən danışan Milix Yevdayev əlavə edib: “Təbiət, ekosistem Allahın insanlara verdiyi əmanətdir və biz onu qorumalıyıq. Bu səbəbdən Azərbaycanda keçiriləcək COP29 olduqca önəmli tədbirdir və düşünürəm ki, nəticələri müsbət olacaq”.
Bakı Dağ yəhudiləri dini icmasının sədri Azərbaycanda yaşayan bütün xalqların bundan sonra da sülh və əmin-amanlıq şəraitində yaşayacağına əminliyini ifadə edib.