Bu gün səhər saatlarında Bakının Ziya Bünyadov prospektində baş verən qəza zamanı yol təsərrüfatına ziyan dəyib.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, sözügedən prospektlə hərəkətdə olan yük maşını avtomobil tunelinin kənarına çırpılıb. Dərhal əraziyə AAYDA-nın əməkdaşları cəlb olunaraq aidiyyəti qurum əməkdaşları ilə birlikdə yolun sözügedən hissəsində əlavə təhlükəsizlik tədbirləri görülüb, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
Qəza nəticəsində tunelin giriş hissəsində olan məhəccərlər, tökmə tumbalar və divarın bir hissəsi dağılıb. Yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.