Xəbər verdiyimiz kimi, ABŞ-da prezident seçkilərinin kritik günü gəlib çatıb. 47-ci prezidentin müəyyənləşəcəyi gün qorxulu xəbərdarlıq edilib.
Təhlükəsizlik tədbirləri üçün ABŞ-ın vitse-prezidenti Kamala Harrisin iqamətgahı da daxil olmaqla mühüm binaların ətrafında hasarlar çəkilib, paytaxt Vaşinqtonda iş yerlərinin pəncərələri bağlanıb. Talan və ya iğtişaş ehtimalına qarşı dükanların pəncərə və qapılarına mismarlar vurulub.
Nəticələrin açıqlanmasını səbirsizliklə gözləyən kampaniya bürolarına qarşı bombalı hücum təhdidləri artıb, seçki məntəqələrində dava düşüb. Məlumatlara görə, seçki rəsmiləri silahlı hücumlara hazırlaşır.
Vaşinqton ştatının Milli Qvardiyasına mümkün iğtişaşlara cavab vermək üçün “hazır olun” əmri verilib. Demokrat konqresmen Stiv Koen bildirib ki, qəzəbli seçicilər arasında toqquşmalara görə qan tökülə bilər.
Hökumət İşləri Direktorunun müavini Eric J. Jonesin sözlərinə görə, şəhərdə ciddi narahatlıq müşahidə olunur.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri, əsasən, Demokratlar və Respublikaçılar arasında keçirilir. Demokrat Partiyasının namizədi hazırki vitse-prezident Kamala Harris, Respublikaçılardan isə keçmiş prezident Donald Tramp namizədliklərini irəli sürüblər. Həmçinin bəzi müstəqil və üçüncü tərəf namizədləri də var; bunlara Robert F. Kennedy Jr. (müstəqil), Cornel West (Yaşıllar Partiyası) və Libertarian Chase Oliver daxildir. Əsas mübarizə isə Harris və Tramp arasında gedir və səsvermə nəticələrinin yaxın olması gözlənilir.//musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta