AZ

Meyxanaçı Vüqarın 125 minlik ev problemi həll olundu

5 il əvvəl meyxanaçı Vüqar Əbdülov dostu tərəfindən aldadılaraq 125 min manat ziyana düşdüyünü açıqlamışdı. 

OLAY yazır ki, qalmaqallı məsələ ilə bağlı söz xiridarı “Qonaqcanlı” verilişinə şərh verib.

Müxbirin “İllər əvvəl sizin dostunuz dələduzluq edərək, saxta sənədlə sizə ev satmışdı. Həmin bu ev məsələniz öz həllini tapdı?” sualına V.Əbdülov “Bəli, həll olundu” qısa cavabını verib. 

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Vüqar qonaq olduğu “Zaurla Günaydın” verilişində “Neçə il əvvəl dostum dələduzluq edib, mənə saxta sənədlə ev satdı. Onu şəxsi tanıdığım üçün polisə də şikayət etmədim. 10 ilə yaxındır məsələ uzanır. Ev də məndə yoxdur. Bu boyda problemim var, hər yer yazdı. Bir nəfər mən zəng edib, dəstək durmadı” açıqlamasını vermişdi.

Seçilən
44
8
olay.az

9Mənbələr