AZ

Futbolçular Rud van Nistelroyun MY-dən getməsini istəmirlər

"Mançester Yunayted"in futbolçuları həmyerlisi Erik ten Haq baş məşqçi postundan qovulandan sonra müvəqqəti olaraq onun səlahiyyətlərini icra edən Rud van Nistelroyun komandada qalmasını istəyirlər.

Fanat.Az xəbər verir ki, məlumatı "Sky Sports" yayıb.

Xəbərə görə, oyunçular van Nistelroyun yeni baş məşqçi Ruben Amorimlə komanda üzvləri arasında körpü ola biləcəyinə əmindirlər. Mənbə Rudun bir vaxtlar forvard qimində formasını geyindiyi MY-də hörmət qazandığını, rəhbərliyin də ona rəğbət bəslədiyini vurğulayıb.

Xatırladaq ki, Amorim "Mançester Yunayted"də noyabrın 11-dən işə başlayacaq. İngiltərə nəhəngi portuqaliyalı mütəxəssisi komandanın "sükanı arxası"na gətirmək üçün onun sabiq klubu "Sportinq"ə 10 milyon avro təzminat ödəyib.

Nihat

Seçilən
28
fanat.az

1Mənbələr