AZ

"Arkoz Qazax Sement Zavodu"na yazılan inzibati protokola baxılacaq tarix açıqlandı

"Arkoz Qazax Sement Zavodu" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Qazax Rayon Məhkəməsinin hakimi Nemət Musayevin sədrliyi ilə noyabrın 21-də keçiriləcək.

 

Xatırlatma: Dövlət Gömrük Komitəsi şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Xəyal Quliyev

Tarix: 5 Noyabr 2024, 15:13   
Seçilən
43
1
pravda.az

6Mənbələr