AZ

Ətraf mühitin qorunması inanclı insanlar üçün dini bir borcdur - Kol Durham

Bakı. Trend:

Ətraf mühitin qorunması inanclı insanlar üçün dini birborcdur.

Bu barədə Trend-ə G20Dinlərarası Forum Assosiasiyasının (ABŞ) prezidenti Kol Durhambildirib.

“Ətraf mühitə qayğı göstərmək ən mühüm məsələlərdən biridir.Havada, torpaqda, suda müşahidə edilən problemlər ətraf mühitəçoxsaylı təhdidlərin mövcudluğunu bildirir, eləcə də son vaxtlarValensiyada baş verən və çoxsaylı qurbanlarla nəticələnən faciəkimi digər dağıdıcı hadisələr də buna nümunədir. Buna görə də ətrafmühitin qorunması, iqlim dəyişikliyi və qlobal istiləşmə iləmübarizə bizim borcumuzdur. İnanclı insanlar üçün bu, eyni zamandadini bir borcdur. Azərbaycanın bu sammiti keçirməyi təklif etməsiçox vacib bir addımdır və ölkə bu görüşün təşkilinə göstərdiyisəylərə görə təşəkkürə layiqdir”, - o bildirib.

Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlimDəyişikliyi Konfransı (COP 29) çərçivəsində AzərbaycanRespublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Diniqurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman AğsaqqallarŞurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramıtərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.

Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzludini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhərrəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünyamiqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri,ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət,elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakınəzərdə tutulur.

Seçilən
8
1
az.trend.az

2Mənbələr