AZ

Paşinyanın deputatı: İqtidar daxilində partiyadaxili çəkişmə yoxdur

Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasında ciddi ixtilaflar baş verdiyi xəbərləri gəlir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, partiya daxilində parlamentin Müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryana qarşı cəbhə formalaşdığı qeyd olunur.

Hakim partiyanın deputatı Sisak Qabrielyan Andranik Köçəryana qarşı məhkəmə prosesinin “xaç atası” olması barədə məlumatları qəti şəkildə təkzib edib.

Onun sözlərinə görə, o, heç vaxt Andranik Köçəryanın komissiya rəhbəri vəzifəsindən uzaqlaşdırılması məsələsi ilə bağlı heç kimə müraciət etməyib.

Qabrielyan son vaxtlar yerli mətbuatda deputat Ovik Ağazaryanın mandatını tərk edəcəyi, İstintaq Komitəsinin rəhbəri Argişti Krəmyanın vəzifəsindən uzaqlaşdırılacağı ilə bağlı məlumatlar fəal şəkildə yayıldığıan diqqət çəkib.

“İndi bu mövzu da arxa plana keçib və başqa mövzu müzakirə olunmağa başlayıb: Paşiyanın partiyası daxilində çəkişmələrdən danışılır. Partiya daxilində heç bir çəkişmə yoxdur”, - deyə Qabrielyan yerli jurnalistləri əmin edib.

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr