AZ

Ekoloq: külək zamanı yaranan tozlar zərərlidir və tənəffüs orqanımızı sıradan çıxarır

"Küləkli hava şəraiti noyabrın 6-sı səhər saatlarınadək davam edəcək".
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.
"Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 14 m/s, Kəlbəcərdə 17 m/s, Şabranda 16 m/s, Şamaxı və Lerikdə 15 m/s təşkil edir" , - deyə G.Abbasova qeyd edib.
O bildirib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə gündüz saatlarından etibarən narıncı xəbərdarlığa uyğun olaraq küləyin güclənəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir.
Xidmət rəsmisi qeyd edib ki, fəsadlardan qorunmaq üçün əhali hava haqqında verilən xəbərdarlıqları, hava proqnozlarını diqqətlə izləməli, müvafiq təhlükəsizlik qaydalarına riayət etməli və ehtiyatlı davranmalıdır.

Mövzu ilə bağlı fikirlərini bölüşən ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a bildirib ki, Bakının adlarından biri də küləklər şəhəridir:

"Küləklə zəngin olduğu üçün külək elektrik stansiyalarını belə Abşeron yarımadasında qururlar.  Digər tərəfdən Bakıda istər hündür, istərsə də hündür olmayan binlar tikilən zaman bu kimi məqamları nəzərə alaraq inşa edilməlidir. Yəni küləyin istiqaməti nəzərə alınmalı və küləklərə davamlı dam örtüklərindən istifadə olunmalıdır. Təəssüf ki, nə Bakı şəhərinin bələdiyyəsi, nə İcra Hakimiyyəti, nə də ki, hökumətimiz bununla bağlı problemləri həll etmir. Ümid edirik ki, Şəhərsalma və Memarlıq Komitəsi nəsə edəcək".

Ekspert həmçinin qeyd edib ki, külək zamanı yaranan tozlar zərərlidir və tənəffüs orqanımızı sıradan çıxarır:
"Bakı şəhərinin yaxınlığında daş mədəni var və oradanda tozlar qalxır. Həmçinin Şərqdən və Türkmənistandandan gələn küləklər mövcuddur. Ümumiyyətlə nə qədər yaşıllıq olarsa, o qədər də tozlar az olar. Bizim məmurlar isə yaşıllığın düşmənidir. İstəyirlər ki, hər yerdə oliqarx məmur binaları yüksəlsin”.
Seçilən
52
sherg.az

1Mənbələr