AZ

AFFA “Turan Tovuz” - “Qarabağ” matçı ilə bağlı cəzaları açıqladı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Premyer Liqa, Əvəzedicilər, Azərbaycan Kuboku ilə bağlı müxtəlif qərarlar qəbul olunub.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısı ilə sizi də tanış edir:

Azərbaycan Premyer Liqası, 12-ci tur

“Neftçi” – “Araz-Naxçıvan” oyununun 90+3-cü dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Turan Vəlizadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Araz-Naxçıvan” buna görə 500 manat cərimə ödəyəcək. Oyunun 30-cu dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə sözügedən klub 800 manat cərimə edilib.

“Turan Tovuz” – “Qarabağ” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Tovuz komandası 1500 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” daha 800 manat cərimə ödəyəcək. “Qarabağ” azarkeşləri tərəfindən sındırılmış 8 ədəd oturacağa görə stadiona dəymiş zərər Ağdam klubu tərəfindən ödəniləcək.

“Kəpəz” – “Səbail” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığına görə Gəncə komandası 700 manat cərimə edilib.

Azərbaycan Kuboku, 2-ci təsnifat mərhələsi

“Mingəçevir” – “Zaqatala” oyununda “Mingəçevir”in 6 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Karvan” oyunu FHN avtomobilinin gec gəlməsi səbəbindən gec başladığına görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilib. Oyun bitdikdən sonra “Karvan”ın 4 nömrəli futbolçusu Kənan Quliyev tərəfindən stadionun infrastrukturuna zərər yetirildiyinə görə Kənan Quliyev 1 oyun cəzalanıb. Yevlax klubu buna görə 100 manat cərimə edilib. Stadionun infrastrukturuna vurulmuş zərər “Karvan” klubu tərəfindən ödəniləcək.

“Şəfa” – “Difai” oyununda “Şəfa”nın 7 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Oyunun 105-ci dəqiqəsində “Şəfa”nın futbolçusu Elvin Nəsibov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Şəfa” komandası buna görə 300 manat cərimə edilib. Oyun bitdikdən sonra “Şəfa”nın 32 nömrəli futbolçusu Elməddin Hüseynzadə təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Şəfa” komandası buna görə də 300 manat cərimə ödəyəcək. “Difai”nin 6 futbolçusu sarı vərəqə aldığına görə bu komanda 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “Difai”nin futbolçusu Bəşir Ayralov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. “Difai” bu səbəbdən 200 manat cərimə edilib.

Əvəzedicilər Liqası

“Turan Tovuz-2” – “Qarabağ-2” oyununda “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə aldığına görə Tovuz komandası 70 manat cərimə edilib. Matçöncəsi iclasda təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə Tovuz komandası 80 manat cərimə edilib. Oyunun 90+3-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Nihat Mehralıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, Ağdam komandası 50 manat cərimə edilib.

“Zirə-2” – “Şamaxı-2” oyununda “Zirə”nin 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komandası 70 manat cərimə edilib.

“Kəpəz-2” – “Səbail-2” oyununda “Səbail” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib. Oyunun 90+3-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Nihat Fərəci ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, Gəncə komandası 50 manat cərimə edilib. Oyunun 90+3-cü dəqiqəsində “Kəpəz”in baş məşqçisi Xaliq Mərdanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb. Gəncə komandası 400 manat cərimə edilib.

Seçilən
77
5
arena.az

10Mənbələr