AZ

ABŞ-da Konqres və hökumət binaları qarşısında baryerlər qurulur –İşğtişaşa qarşı hazırlıq /FOTOLAR

Vaşinqtonda hökumət binaları, o cümlədən ABŞ Konqresi, Xəzinədarlıq Departamenti və vitse-prezidentin iqamətgahı qarşısında təhlükəsizlik baryerləri quraşdırılır.

Azpost.info bildirir ki, bu maneələr prezident seçkidən sonra yarana biləcək iğtişaşlardan qorunmaq üçün nəzərdə tutulur.

Kapitolun ətrafında “Polis xətti: keçməyin” yazılmış lövhələr olan velosiped dayanacağı qoyulub.

Kamala Harrisin doğma iş yeri olan Howard Universitetinin və onun seçki kampaniyasının keçirildiyi yerin ətrafında da hasarlar quraşdırılıb və ətraf küçələr bağlanıb.

Bbəzi özəl müəssisələrin pəncərələri və qapılarını bağlanıb.

Qeyd edək ki, bu gün ABŞ-da prezident seçkisi keçirilir.

Seçilən
21
azpost.info

1Mənbələr