AZ

İntizam Komitəsinin qərarları

1 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XII turun “Neftçi” – “Araz-Naxçıvan” oyununun 90+3-cü dəqiqəsində “Araz-Naxçıvan” komandasının 20 nömrəli futbolçusu Turan Vəlizadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Araz-Naxçıvan” komandası 500 manat cərimə edilir (maddə 36.5);
1 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XII turun “Neftçi” – “Araz-Naxçıvan” oyununun 30-cu dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” komandası 800 manat cərimə edilir (maddə 52.1);
 
1 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XII turun “Turan Tovuz” – “Qarabağ” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” komandası 1500 manat cərimə edilir (maddə 52.2);
 
1 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XII turun “Turan Tovuz” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” komandası 800 manat cərimə edilir (maddə 51.2);
 
1 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XII turun “Turan Tovuz” – “Qarabağ” oyununda “Qarabağ” azarkeşləri tərəfindən sındırılmış 8 ədəd oturacağa görə stadiona dəymiş zərər “Qarabağ” klubu tərəfindən ödənilsin (maddə 54.2);
 
3 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XII turun “Kəpəz” – “Səbail” oyununda “Kəpəz” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” komandası 700 manat cərimə edilir (maddə 37);
 
30 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin  “Mingəçevir” – “Zaqatala” oyununda “Mingəçevir” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” komandası 70 manat cərimə edilir (maddə 37);
 
30 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin  “Qaradağ Lökbatan” – “Karvan” oyunu FHN avtomobilinin gec gəlməsi səbəbindən gec başladığına görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilir (maddə 72.4);
 
30 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin  “Qaradağ Lökbatan” – “Karvan” oyunu bitdikdən sonra “Karvan” komandasının 4 nömrəli futbolçusu Kənan Quliyev tərəfindən stadionun infrastrukturuna zərər yetirildiyinə görə Kənan Quliyev 1 oyun cəzalanır, “Karvan” klubu 100 manat cərimə edilir. Stadionun infrastrukturuna vurulmuş zərər “Karvan” klubu tərəfindən ödənilsin  (maddə 54.1, 54.2);
 
30 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin  “Şəfa” – “Difai” oyununda “Şəfa” komandasında 7 nəfər sarı vərəqə aldığına görə “Şəfa” komandası 70 manat cərimə edilir (maddə 37);
 
30 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin  “Şəfa” – “Difai” oyununun 105-ci dəqiqəsində “Şəfa” komandasında 7 nömrəli futbolçusu Elvin Nəsibov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Şəfa” komandası 300 manat cərimə edilir (maddə 40.3);
 
30 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin  “Şəfa” – “Difai” oyunu bitdikdən sonra “Şəfa” komandasında 32 nömrəli futbolçusu Elməddin Hüseynzadə təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Şəfa” komandası 300 manat cərimə edilir (maddə 40.3);
 
30 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin  “Şəfa” – “Difai” oyununda “Difai” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Difai” komandası 70 manat cərimə edilir (maddə 37);
 
30 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunda II təsnifat mərhələsinin  “Şəfa” – “Difai” oyunu bitdikdən sonra “Difai” komandasının 73 nömrəli futbolçusu Bəşir Ayralov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır, “Difai” komandası 200 manat cərimə edilir (maddə 43.1);
 
2 noyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında XII turun “Turan Tovuz-2” – “Qarabağ-2” oyununda “Turan Tovuz-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz-2” komandası 70 manat cərimə edilir (maddə 37);
 
2 noyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında XII turun “Turan Tovuz-2” – “Qarabağ-2” oyununun matçöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Turan Tovuz-2” komandası 80 manat cərimə edilir (maddə 73.1);
 
2 noyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında XII turun “Turan Tovuz-2” – “Qarabağ-2” oyununun 90+3-cü dəqiqəsində “Qarabağ-2” komandasının 77 nömrəli futbolçusu Nihat Mehralıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qarabağ-2” komandası 50 manat cərimə edilir (maddə 36.5)
 
3 noyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında XII turun “Zirə-2” – “Şamaxı-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Zirə-2” komandası 70 manat cərimə edilir (maddə 37);
 
4 noyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında XII turun “Kəpəz-2” – “Səbail-2” oyununda “Səbail-2” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91)
 
4 noyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında XII turun “Kəpəz-2” – “Səbail-2” oyununun 90+3-cü dəqiqəsində “Kəpəz-2” komandasının 44 nömrəli futbolçusu Nihat Fərəci ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kəpəz-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
 
4 noyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında XII turun “Kəpəz-2” – “Səbail-2” oyununun 90+3-cü dəqiqəsində “Kəpəz-2” komandasının baş məşqçisi Xaliq Mərdanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanır, “Kəpəz-2” komandası 400 manat cərimə edilir (maddə 43.4)
 
2 noyabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Sumqayıt” FK – “Dinamo” (Bakı) FK oyununda “Dinamo” (Bakı) FK komandasının heyətində 17 nömrəli futbolçu Emil İsmayılov qarşılaşmanın 56-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 4 oyun cəzalandırılsın. (maddə 43.3)
 
2 noyabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Qəbələ” İK – “Masallı” PFK oyununda “Qəbələ” İK komandasının heyətində 13 nömrəli futbolçu Gündüz Əhmədov qarşılaşmanın 45-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
 
2 noyabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Sabah” FK – “Kəpəz” PFK oyununda “Kəpəz” PFK komandasının heyətində 4 nömrəli futbolçu Sabir Zeynalov qarşılaşmanın 70-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
 
4 noyabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Turan Tovuz” FK – “Qəbələ” İK oyununda “Qəbələ” İK heyətində 10 nömrəli futbolçu Tunar Bayramov qarşılaşmanın 78-ci dəqiqəsində rəqib komandaya qeyri-etik ifadə işlətdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 3 oyun cəzalandırılsın. (maddə 43.1)
 
3 noyabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Neftçi” PFK – “Səbail” PFK oyununda “Neftçi” PFK komandasının heyətində 20 nömrəli futbolçu Qafar Babayev qarşılaşmanın 78-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 3 oyun cəzalandırılsın. (maddə 43.1)
 
3 noyabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Neftçi” PFK – “Səbail” PFK oyununda “Səbail” PFK komandasının heyətində 14 nömrəli futbolçu Ceyhun Abdullayev qarşılaşmanın 78-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə  3 oyun cəzalandırılsın. (maddə 43.1)
 
3 noyabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Hindarx” (Ağcabədi) –“Ağdam” FK oyununda  “Hindarx” (Ağcabədi) komandasının heyətində 3 nömrəli futbolçu Hacıyev Sübhan qarşılaşmanın 52-ci dəqiqəsində rəqibi vurduğuna görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 40.3)
 
2 noyabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Real” FK – “Ramana” İM oyununda “Ramana” İM komandasının heyətində 44 nömrəli futbolçu Rasim Cavadov qarşılaşmanın 13-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)
 
2 noyabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Real” FK – “Ramana” İM oyununda “Real” FK komandasının heyətində 10 nömrəli futbolçu Tuncay Məmmədli qarşılaşmanın 67-ci dəqiqəsində hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 42.2)
 
2 noyabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Real” FK – “Ramana” İM oyununda “Real” FK komandasının heyətində 11 nömrəli futbolçu Elmir Cabbarlı qarşılaşmanın 80-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
 
27 oktyabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilməli olan “Həkəri” (Qubadlı) –“Sumqayıt City” oyunu  “Həkəri” (Qubadlı) komandasının heyətində yetərsay olmadığına görə görə baş tutması üçün “Həkəri” (Qubadlı) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
 
2 noyabr 2024-cü il tarixində AFFA U-12 Liqasında keçirilən “Tərtər” FK – “Ağdam” FK oyununda  “Tərtər” FK komandasının heyətində 12 nömrəli futbolçu Mirhüseyn Əhmədov qarşılaşmanın 25-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 39.1)
 
2 noyabr 2024-cü il tarixində AFFA U-11 Liqasında keçirilən İCBFA – “Modern” FC oyununda  İCBFA komandasının koordinatoru Elşən Ələsgərov qarşılaşmanın 50-ci dəqiqəsində hakimin qərarına kəskin etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 43.1)
 
2 noyabr 2024-cü il tarixində AFFA U-11 Liqasında keçirilən “Ağdam” FK –“Olimpiya” (Ağcabədi) oyununda “Ağdam” FK komandasının baş məşqçisi Zakir Dadaşov qarşılaşmanın 45-ci dəqiqəsində hakimin təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 5 oyun cəzalandırılsın. (maddə 43.3)
 
3 noyabr 2024-cü il tarixində AFFA U-10 Liqasında keçirilməli olan “Antiguoko İnternational” – “Sahil” FA oyunu “Sahil” FA komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutması üçün “Sahil” FA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1).
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Seçilən
32
4
affa.az

10Mənbələr