AZ

"Apple" İndoneziya istehsalına sərmayəqoyacaq

"Apple"  "iPhone 16" satış qadağasını aradan qaldırmaq üçün İndoneziyada aksesuar və komponent istehsalına təxminən 10 milyon dollar sərmayə qoyacaq.

Redaktor.az-ın mənbələrə istinadən məlumat verir ki, "Apple" yerli təchizatçılarla əməkdaşlıq edərək Bandunqda fabrik açmağı təklif edib. Sənaye naziri bu təklifi dəyərləndirir, lakin hələlik yekun qərar yoxdur.

İndoneziya hakimiyyəti yerli məzmun tələblərinə uyğun gəlmədiyi üçün yeni smartfonların satış icazəsini bloklayıb. "iPhone 16" qadağası yeni prezident Prabovo Subiantonun ölkədə hasilatı artırmaq üçün xarici şirkətlərə təzyiqləri artıran strategiyasının bir hissəsidir. Oxşar tədbirlər "Google Pixel" üçün də həyata keçirilib və hökumət əvvəllər Çinin "ByteDance"ni bloklayıb, onu birgə müəssisəyə 1,5 milyard dollar sərmayə qoymağa məcbur edib.

"Apple" artıq öz tərtibatçı akademiyaları vasitəsilə İndoneziyaya 95 milyon dollar sərmayə qoyub, lakin bu kifayət deyil.

Sevinc İBRAHİMZADƏ

Seçilən
45
redaktor.az

1Mənbələr