AZ

Putin Ermənistan-Azərbaycan əlaqələrindən danışdı: Münasibətlərin normallaşması üçün...

"Rusiya Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün əlindən gələni etməyə davam edəcək".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə xarici ölkələrin səfirlərinin etimadnaməsini qəbul etdikdən sonra çıxışında deyib. 

"Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsi üçün əlimizdən gələni etmişik və edirik. Sülh sazişi, dövlət sərhədinin delimitasiyası, iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzərində işə bundan sonra da öz töhfəmizi verməyə davam edəcəyik", - deyə Putin qeyd edib. 

Xatırladaq ki, V.Putin bu gün Kremldə Azərbaycanın Moskvaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, eləcə də 27 digər ölkənin səfirlərinin etimadnaməsini qəbul edib.

Milli.Az

Seçilən
34
2
milli.az

2Mənbələr