Çin əyalətlərindən birində "iPhone 14 Pro Max" şarj zamanı partlayıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə səhər saat 6:30-da baş verib. Qadın telefonunu şarj cihazına qoşub və onun yanında yatıb. Nəticədə o, xəsarət alıb.
Həmçinin çarpayı və divarlar yanğın, eləcə də tüstüdən ciddi ziyan görüb. İlkin məlumatlara görə, partlayışa səbəb batareyanın nasazlığı olub. Smartfon 2022-ci ildə alınıb və artıq zəmanət müddəti bitsə də, zərərçəkmiş aldığı xəsarətlərə və kirayə götürdüyü mənzilə dəyən ziyana görə "Apple"dan təzminat alacağına ümid edir.
Bu hadisədən xəbər tutan "Apple" şirkəti ciddi narahatlığını bildirib. Şirkət zəmanət müddəti bitməsinə baxmayaraq qadceti ekspertizaya aparacaqlarını qeyd edib. Bununla belə, hazırda "iPhone 14 Pro Max"da batareyanın orijinal olub-olmaması və ya cihazın partlamağa səbəb ola biləcək keyfiyyətsiz təmir edilib-edilməməsi aydın deyil.