AZ

Rusiyada son bir sutkada 3 qubernator istefa VERDİ

Rusiya Federasiyası Komi Respublikasının rəhbəri Vladimir Uyba istefa verdiyini açıqlayıb.

Redaktor.az Rusiya KİV-nə istinadla xəbər verir ki, Vladimir Uyba prezident Vladimir Putinin ona federal səviyyədə “yeni iş cəbhəsi” tapşırdığını bəyan edib. Lakin o, yeni şi barədə açıqlama verməyib.

Adı açıqlanmayan mənbənin mətbuata bildirdiyinə görə isə Prezident Administrasiyası qubernatordan narazı idi, çünki o, dəfələrlə konflikt vəziyyətlərində nə əhali, nə də yerli elita ilə dialoq qura bilib.

Vladimir Uyba 2020-ci ildən Komi Respublikasına rəhbərlik edirdi. Bundan əvvəl o, səhiyyə nazirinin müavini olub, eyni zamanda 15 il Federal Tibbi və Bioloji Agentliyinə rəhbərlik edib. Onun dövründə bu qurumun adı dəfələrlə korrupsiya qalmaqallarında çəkilib.

V.Uyba Rusiyada son 24 saat ərzində vəzifəsindən istefa verən üçüncü qubernator olub. Bir gün əvvəl Rostov və Tambov vilayətlərinin rəhbərlərinin dəyişdirilməsi ilə bağlı xəbər yayılıb. 67 yaşlı Vasili Qolubev və 47 yaşlı Maksim Eqorov istefa verdiklərini elan edərək, bu qərarı başqa işə keçməsi ilə də izah ediblər.
Rostov vilayətinə müvəqqəti olaraq Birləşmiş Aviasiya Korporasiyasının (UAC) keçmiş baş direktoru Yuri Slyusar, Tambov vilayətinə isə Krasnodarın keçmiş meri və Ukrayna ilə müharibənin iştirakçısı Yevgeni Pervışov rəhbərlik edir.

Seçilən
11
4
redaktor.az

7Mənbələr