AZ

“Mənimlə heyvandan betər rəftar edilib” - Həbs ediləni general şikayətlənir

Rusiya Qvardiyasının maddi-texniki təminat üzrə keçmiş rəis müavini, general-mayor Mirzə Mirzəyev müvəqqəti saxlama təcridxanasındakı şəraitdən şikayətlənib və onunla “heyvandan da betər” rəftar edildiyini bildirib.

Onun dediyinə görə, Petrovka təcridxanasının əməkdaşları kobud davranaraq onun bəzi şəxsi əşyalarına ziyan vurublar.

Hazırda saxlandığı istintaq təcridxanasında şəraitin fərqli olduğunu vurğulayan Mirzəyev,xidmət əməkdaşlarının məhbuslara münasibətini düzgün adlandırıb.

Rusiya Qvardiyasının arxa cəbhəsinin rəis müavini Mirzə Mirzəyevin Moskvada həbs edilib.

İstintaqın məlumatına görə, 52 yaşlı general-mayor 480 milyonluq müqaviləni pozmaqla hədələyərək, yüngül konstruksiyalı binalar üçün modul təchizatçısından 140 milyon rubl tələb edib. O, pulu aldıqdan sonra saxlanılıb.

Mirzəyevin vəkilləri ev dustaqlığına buraxılmasını istəyiblər, lakin məhkəmə həbs olunan şəxsin 2025-ci il yanvarın 2-dək istintaq təcridxanasına salınmasına qərar verib.

“AzPolitika.info”

Seçilən
56
1
azpolitika.info

2Mənbələr