AZ

“Tərəfdaşlarımızdan gələn reaksiyada bir artım görmürük”

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Kursk bölgəsində 11 min Şimali Koreya əsgərinin olduğunu söylədi.SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə,o, “X” hesabından verdiyi açıqlamada Rusiyanın Kursk bölgəsində yaratdıqları qoruyucu ərazini müdafiə etdiklərini qeyd etdi.

Kurskda Şimali Koreya əsgərlərinin olduğuna dair kəşfiyyat məlumatlarına sahib olduqlarını bildirən Zelenski "Hal-hazırda Kursk bölgəsində 11 min Şimali Koreya əsgəri var. Bu qüvvələrin sayında artım görürük, lakin təəssüf ki, tərəfdaşlarımızdan gələn reaksiyada bir artım görmürük" ifadələrini işlədib.

Rusiya prezidenti Vladimir Putin iyun ayında Şimali Koreyaya rəsmi səfərdə olub və tərəflər arasında "əhatəli strateji tərəfdaşlıq müqaviləsi" imzalanıb.

Amerika Birləşmiş Ştatları və NATO-dan oktyabr ayının sonunda edilən açıqlamalarda Şimali Koreyanın Rusiyaya əsgər göndərdiyi və onların Ukrayna sərhədinə yaxın Kursk bölgəsində yerləşdirildiyi qeyd olunmuşdu.

Seçilən
19
4
sia.az

5Mənbələr