AZ

Vüqar Musayev vəzifəsindən azad edildi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinə məxsus "Şəki Sukanal" ASC-nin direktoru Vüqar Musayev vəzifəsindən azad edilib.

Bakupost.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, səhmdar cəmiyyətinə rəhbərlik Elmir Əkbərova həvalə olunub.

O, indiyə qədər şirkətin baş mühəndisi olub.

Xatırladaq ki, "Şəki Sukanal" 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,913 milyon manatdır.
Seçilən
24
10
bakupost.az

10Mənbələr